UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl baş məşqçi Elmar Baxşıyevin iştirakı ilə keçirilməli olan ənənəvi mətbuat konfransının vaxt məlum olub. Komandamızın baş məşqçisi jurnalistlərin suallarını avqustun 13-də, yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 19:30-da) cavablandıracaq. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq saat 19:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq.