Əvəzedicilər liqasında komandamız növbəti oyununu keçirib. Binə qəsəbə stadionunda "Qəbələ-2" ilə qarşılaşan "Araz-Naxçıvan-2" 3:2 hesablı qələbə qazanıb. "Qırmızı-ağlar"ın heyətində İbrahim Piriyev dubl edib, digər qolu isə Fərid Tağıyev vurub. 7 oyundan 11 xal toplayan komandamız 6-cı pillədə qərarlaşıb və liderdən 3 xal geri qalır.